Yazını böyüt
Yazını kiçilt
Twitter istifadəçiləri amerikalı aktrisa Cessika Albanı irqçilik və homofobiyada günahlandırıblar.
Hafta.az-ın xarici mətbuata istinadən məlumatına görə, bazar günü "Hollywood" ulduzunun hesabında antisemit çağırışlar və təhqirlərlə dolu bir sıra qeyri-adi "twit"lər paylaşılıb.
Aktrisanın kumirlərinin dediyinə görə, onun sosial şəbəkəsi haker hücumuna məruz qalıb. Buna baxmayaraq, ulduzun özü və nümayəndələri bu məlumatı hələ şərh etməyiblər.